XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 17:59

Zaxarova:"Rusiya və Azərbaycanın müvafiq nazirlikləri daimi əlaqədədir"

Rusiya yeni növ koronavirusun yayılması ilə mübarizədə bundan sonra da Azərbaycana lazımi köməkliyi göstərməyə davam edəcək.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Bu sahədə Rusiya ilə Azərbaycan arasında sıx əməkdaşlıq qurulub. Mövzu iki ölkənin hökumət başçıları, xarici işlər nazirləri arasında bir neçə dəfə müzakirə olunub, Rusiya və Azərbaycanın müvafiq nazirlikləri daimi əlaqədədir. Bu ilin mart ayının əvvəlindən etibarən Rusiya Azərbaycana 120 test sistemi dəsti verib. Onlar 12 min araşdırma, virusun laborator diaqnostikası üçün nəzərdə tutulub. Tərəfdaşlarımıza bundan sonra da lazımlı köməkliyi göstərməyə davam etməyə hazırıq”, – o, deyib.

M.Zaxarova həmçinin qeyd edib ki, Moskva və Bakı vətəndaşlarının vətənlərinə qayıtması məsələsi üzərində sıx çalışır: “Bu məsələdə göstərilən yardıma görə Azərbaycan tərəfinə minnətdarıq, bu, birgə səylərdir, odur ki, biz bu istiqamətdə işləyirik”/Report