XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 19:22

Yol polisindən xanımlara bayram güzəşti

yol-polisi-qadin

 

Martın 8-də Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən qadın sürücüləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

İdarənin ictimai əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, səhər saatlarından başlayaraq, paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən təşkil olunan reydlərdə saxlanılan qadın sürücülərə müxtəlif hədiyyələr təqdim edilib. Əsasən il ərzində qaydalara düzgün əməl edən, kobud inzibati xəta törətməyən xanım sürücülərə üstünlük verilib. Reyd zamanı qayda pozuntusuna görə saxlanılan xanımlara bayramla əlaqədar olaraq güzəştlər edilib, qayda pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri izah olunub.

Xanım sürücülərə təqdim edilən hədiyyələr əvvəlcədən müəyyənləşdirilib. Xüsusilə paytaxt yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən sürücü xanımlara 1 ədəd qızılgül bağlaması, müxtəlif əşyalarla yanaşı, pulsuz yanacaq, avtoyuma və sığorta kartları hədiyyə olunub.