XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 00:23

“Üzləşdiyimiz çətinliklərin öhdəsindən uğurla gələcəyik” –Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva “Facebook”dakı rəsmi səhifəsində ölkəmizdəki xristianları Pasxa bayramı münasibətilə təbrik edib.

Strateq.az həmin təbrikin mətnini təqdim edir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! 

Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik!

Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”.