XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 15:23

Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib –FOTO/VİDEO

19 aprel tarixində səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 “Mriya” hava gəmisi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən  daxil olan məlumata görə, əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanında enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.

 “Mriya”  aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə “Antonov” aviasiya konserni tərəfindən  bir nüsxədə istehsal edilmişdir. Hazırda eyni adlı “Antonov Airlines” yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur.

 Bu, “Mriya”nın (Ukrayna dilində “arzu” deməkdir) Bakıda ilk enişi deyil. Heydər Əliyev Beynəlxalq Aeroportu belə böyük təyyarəni qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir.

 Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin dünyanın ən iri “Airbus A380” sərnişin laynerini  dəfələrlə qəbul etmişdir.

 “Mriya”nın Bakıya səfəri haqqında Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən qısa videoçarx hazırlanıb. /APA