XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 18:47

Millinin baş məşqçisi:"9 aydır maaş almırıq"

Azərbaycan milli taekvondo komandasının iranlı baş məşqçisi Rza Mehmandust koronavirusla bağlı ölkəmizdə görülən tədbirlər haqqında danışıb.

Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, məşqçi deyib: “Xoşbəxtlikdən, Azərbaycanda COVID-19-un yayılması digər ölkələrdəki kimi deyil. Ölkədə virusun yayılmasının qarşısını almaq üçün çox yaxşı və səmərəli tədbirlər görülüb”.

Azərbaycan milli taekvondo yığmasının baş məşqçisi əlavə edib: “Məsələn, 60 yaşdan yuxarı insanların və gənclərin karantin günlərində evlərini tərk etmək hüququ yoxdur. Əhalinin digər hissələrinə gündə bir dəfə 2 saat ərzində evdən çıxmasın icazə verilir. Evdən çıxmaq icazəsi almaq üçün bütün insanlar təyin olunmuş mərkəzə mesaj göndərməlidir və yalnız cavab aldıqdan sonra öz evlərini 2 saat ərzində tərk edə bilərlər”.

Rza Mehmandust Azərbaycanda üzləşdiyi müşküllərdən də söz açıb: “Təxminən 9 aydır mən və komanda üzvləri maddi problemlərə görə maaş almamışıq və ümid edirik ki, bu problem ən qısa zamanda həll ediləcək”.