XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 21:34

XİN Rusiyadan ölkəyə qayıtmaq istəyən azərbaycanlılara müraciət etdi –Detallar

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaq və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə köməklik göstəriləcək.

“Bu ilin 18 aprel tarixindən başlayan qeydiyyat 23 aprel tarixi Moskva vaxtı ilə saat 00.00-dək davam edəcəkdir.

Portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcəkdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı vətəndaşlarının sərhəd keçid məntəqələrinə gedib gözləmələrinə heç bir lüzum yoxdur və yuxarıda qeyd olunan internet səhifəsində qeydiyyatdan keçən vətəndaşlara ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə öncədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş karantində yerləşdiriləcəkdir” – deyə, məlumatda qeyd olunub.