XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2016 - 00:11

ABŞ-dan İrana dəstək:“Ballistik raket sınağı nüvə sazişinə zidd deyil”

ABD'den İran'a füze uyarısı

 

“Ağ Ev İranın ballistik raket sınaqları ilə bağlı raportları incələməkdədir, ancaq bu cür sınaqlar Tehranla əldə olunan nüvə sazişini pozmur”.

Strateq.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözcüsü Coş Ernest İranın keçirdiyi son ballistik raket sınağına münasibət bildirərkən, belə deyib.

Xatırladaq ki, bu sınağa əvvəl Avropa və Amerikadan sərt reaksiyalar gəlmişdi. İlk açıqlamanı adı çəkilməyən Fransa rəsmisi “Reuters” agentliyinə verərək, bildirmişdi:

 "İranın nüvə başlığı daşıyan raketləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 nömrəli qərarına ziddir”.

Daha sonra ABŞ Dövlət Departamentindən də bənzər açıqlama gəlmişdi. Departamentin sözçüsü Mark Toner məsələnin yaxından təqib ediliğini, iddialar təsdiq taparsa, mövzunun BMT TŞ-nın gündəminə gətiriləcəyini bildirmişdi.

Mark Tonerdən sonra onun digər həmkarının İranı, faktiki olaraq, müdafiə edən açıqlaması Vaşinqtonun yenidən gərginləşən ortamın sakitləşdirmək istəyindən xəbər verir. Görünür, ABŞ İranda yenicə hakimiyyət şansı qazanan islahatçıların elə ilk gündən beynəlxalq aləmlə münasibətlərinin korlanmasında maraqlı deyil.

O da mümkündür ki, mühafizəkarların əlində olan İran hərbi qüvvələri rəqiblərinin beynəlxalq dəstəyini zəiflətmək və yenidən öz hakimiyyətlərinin önünü açmaq üçün bu cür mübahisəli sınağı keçiriblər. Vaşinqton isə bunu nəzərə alıb daha təmkinli davranmağa çalışır.

Heydər  Oğuz

Strateq.az