XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 15:27

İcma rəhbəri:"Koronavirusdan ölən azərbaycanlı yoxdur"

ABŞ-da koronavirus qurbanlarının sayı 40 mini keçib. Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, bu ölkədə həmvətənlərimiz arasında infeksiyaya yoluxma halları var.

Hazırda onların sayının müəyyənləşdirilməsi üçün yerli və federal hökumətə müraciət edilib.

Azərbaycanlıların ən çox məskunlaşdığı Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys ştatlarında həmvətənlərimiz sosial media vasitəsilə bir-biri ilə əlaqə saxlayır və zəruri dəstəyi verirlər. Bu gün ABŞ-da azərbaycanlıların 30-a yaxın təşkilatı fəaliyyət göstərir.

Tərlan Əhmədov hazırda ölkənin şimal-şərqində yerləşən Meyn ştatında yaşayır. Həmvətənimiz Amerika-Azərbaycan Cəmiyyətinin Meyn ştatı üzrə Azərbaycan icmasının rəhbəridir.

O, bölgədə yaşayan həmvətənlərimizlə mütəmadi olaraq əlaqədə olduğunu deyib: “Son məlumatlara görə, ştatda 800-dən çox yoluxma faktı qeydə alınıb, onlardan 20-si ölüb, 175-i isə sağalıb. Sevindiricidir haldır ki, koronavirusa yoluxanlar və qurbanlar arasında həmvətənlərimiz yoxdur”.

“Burada yaşayan bütün ailələrlə mütəmadi olaraq əlaqədəyik. Azərbaycan icmasının üzvlərinin əksəriyyəti evdən işləyir, övladlarımız distant təhsillərini davam etdirirlər. Burada təhsil alan bir neçə azərbaycanlı tələbə ilə də daima əlaqədəyik. Ştatda bütün yerlər bağlıdır, sadəcə, ərzaq aldığımız marketlər fəaliyyətini davam etdirir. Ümumilikdə vəziyyət ağır olsa da, bir-birimizlə əlaqəmizi kəsmirik. Qaydalara əməl etməyə və sağlam qalmağa çalışırıq. Buradan bütün həmvətənlərimizi sağlam qalmaq üçün evdən bayıra çıxmamağa çağırıram. İnşallah, qısa zamanda normal həyatımıza dönəcəyik” – T.Əhmədov vurğulayıb. (Report)