XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 22:15

Daha 2 min nəfər ödənişli ictimai işlərə cəlb olunub –ƏƏSMN

Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin 37 mindən 90 minə çatdırılması istiqamətində işlər davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu işlər çərçivəsində daha 2 min nəfər nazirliyin DOST İş Mərkəzi vasitəsi ilə ödənişli ictimai işlərə cəlb olunub. Beləliklə, 37 min ödənişli ictimai işçidən əlavə, son günlərdə 12 min nəfər də haqqı ödənilən ictimai işlər proqramına cəlb edilib. Həmin işlərdə çalışanların sayı artıq 49 mindir və bu say 90 minə çatdırılacaq.

Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir.

DOST İş Mərkəzi ilə ödənişli ictimai işlərə cəlb olunan şəxslər arasında əmək müqaviləsi bağlanılaraq elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.