XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 10:42

Baş direktor:"ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın ABŞ və digər ölkələrdən heç bir şey gizlətmədiyini bildirib.

“TASS” xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə danışarkən deyib və təşkilatın ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin mütəxəssisləri ilə sıx əməkdaşlıq etdiyini də xatırladıb.

“ÜST-də heç bir sirr yoxdur, çünki söhbət insan həyatından gedir. Eyni zamanda, amerikalı mütəxəssislərlə əməkdaşlıq ABŞ-dan heç bir şeyin gizlədilməməsi deməkdir”, – deyə ÜST rəhbəri izah edib/APA.