XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Aprel 2020 - 12:45

DİM sədri:"Məktəblər açılan kimi sənəd qəbuluna başlanacaq"

“İmtahanların vaxtı elan olunanda ondan əvvəl sənəd qəbulunun da qrafiki açıqlanacaq. Sənəd qəbulunu indi elan etsək kimin kompüteri var o, qeydiyyatdan keçəcək. Amma şəraiti olmayan şəxs kənarda qalacaq. Ona görə də ədalətlilik prinsipini qorumalıyıq”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, məktəblər bağlı olduğundan sənəd qəbulu komissiyaları açıq deyil:

“Ona görə də məktəblər açılan kimi sənəd qəbuluna başlanacaq. Sənəd qəbulu bitəndən sonra yığılan məlumatların müəyyənləşməsi üçün müəyyən vaxt lazımdır”/Report.