XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 18:05

Erməni diplomatlar koronavirusa yoluxub –Moskvada

Ermənistanın Rusiyadakı səfirliyinin bir neçə əməkdaşı koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bunu aprelin 21-də Ermənistan xarici işlər nazirinin müavini Avet Adons hökumətin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfirlik əməkdaşları Ermənistan vətəndaşları ilə təmas nəticəsində virusa yoluxublar: “Xaricdə olan vətəndaşlarımızdan yoluxduqları infeksiyanın simptomları barədə informasiyanı bir-birindən və səfirlik nümayəndələrindən gizlətməmələrini xahiş edirəm”.

Xatırladaq ki, aprelin 21-nə olan məlumata əsasən, Ermənistanda 1 401 nəfər virusa yoluxub, 24 nəfər pandemiyadan ölüb/Report.