XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 09:53

“Hökumət dəstək verməsə, vəziyyət ağır olacaq” – Ekspert
“Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi. Qərar hüquqi olsa da, iqtisadi mahiyyət daşıyırdı”.
Strateq.az xəbər verir ki, bunu İqtisadçı-ekspert Samir Əliyev Konstitusiya Məhkəməsinin məlum qərarından sonra deyib. Samir Əliyevin sözlərinə görə, məhkəmənin qərarı onu göstərib ki, iqtisadi amillər hüquqi qərara təsir göstərib: “Məqsəd hazırda təhlükə altında olan bank sektorunu qorumaq idi. çünki bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi. Və bunun zərəri əhali üçün indikindən dəfələrlə çox olardı. Ancaq bank sektorunun problemi bununla həll olunmayacaq. Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək. Mərkəzi Bankın timsalında hökumət dəstək verməsə, vəziyyət ağır olacaq. Dəstək mütləq vacibdir”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı mühüm məsələdə bankların xeyrinə qərar verib. Qərara görə, vətəndaşlar dollarla götürülən kredit borcunu devalvasiyadan sonrakı nisbətlə ödəməlidir.