XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 09:45

ABŞ-a immiqrasiya 2 ay müddətinə dayandırılacaq- Trampdan açıqlama

ABŞ-a immiqrasiya 2 ay müddətinə müvəqqəti olaraq dayandırılacaq.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp bununla bağlı fərman imzalayacağını açıqlayıb: “ABŞ-a immiqrasiyanın müvəqqəti dayandırılması ilə bağlı fərman imzalayacam. Bu, 60 gün müddətinə qüvvədə olacaq. İqtisadi vəziyyətə uyğun olaraq qadağanın müddətinin uzadılması və ya dəyişdirilməsinə baxılacaq”.

Prezidentin sözlərinə görə, bu məhdudiyyət “Green Card” əldə edərək ABŞ-da daimi yaşamaq icazəsi almaq istəyənlərə şamil ediləcək.

Tramp böhran səbəbindən işsiz qalan amerikalıların iş yerlərinin qorunması üçün bu addımın atılacağını bildirib.