XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

17 May 2015 - 10:16

Kənan Evrən özünü öldürmək istəyirmiş

Türkiyə mətbuatının yaydığı məlumata görə, Kənan Evrən özünü evtanaziya yoluyla öldürmək istəyirmiş, qızları ona mane olub. Mətbuata sızan bu məlumat barədə onun yaxınları sussa da, 15 illik qonşusu Nail Keçili faktı təsdiqləyib. ünlü iş adamı olan Keçili “Takvim” qəzetinə açıqlamasında deyib: “Bu barədə mənim də qulağıma müəyyən xəbərlər gəlib. Evrən israrla ölmək istəyirmiş, amma buna qızları və həkimləri mane olub”.

Qeyd edək ki, Türk generalı Kənan Evren 1980-ci il 12 sentyabr tarixində dövlət çevrilişi edərək hakimiyyətə gəlmiş və 1989-cu ildə iqtidarı Turqut özala buraxaraq istefaya ayrılmışdır. Türkiyə konstitusiyasına görə, prezidentlər mühakimə olunmadığı üçün bu hərəkətin məsuliyyətindən yayınan general daha sonra hesab vermək qədəriylə üz-üzə qalmışdı. 2010-cu ildə Konstitusiyanın müvafiq hökmünü dəyişdirmək üçün referendum keçirilərkən mətbuata açıqlama verən Evrən paşa mühakimə olunarsa, gülləylə özünü vuracağını bildirmişdi. Türkiyə xalqı diktatorun bu hədə-qorxusunu qəbul etməmiş və referenduma “hə” demişdir.

Məhz bu hadisədən sonra general ailəsindən və doktorlarından evtanaziya olunmasını tələb etsə də, buna nail olmamışdır. Yaxınları onu sakitləşdirməyə çalışmışlar.

Strateq.az