XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 19:54

ÜST:"COVID-19 ölümlərinin yarısı qocalar evində qeydə alınıb"

Avropada koronavirusdan ölüm hallarının yarısı qocalar evində baş verib.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisinin rəhbəri Hans Kluqe deyib.

“Orada işləyənlər tanınmayan qəhrəmanlardır. O işçilərə daha çox qoruyucu kostyum verilməlidir. Qocalar evində yaşlılara daha yaxşı baxılmalı idi, ancaq, təəssüf ki, bu, belə olmadı”,- H.Kluqe bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 661 000-i ötüb. Bunların 730 727 nəfəri sağalıb, 185 504 nəfəri isə ölüb/Report.