XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Aprel 2020 - 14:27

Ötən il 834 şəxsə müəlliflik hüququ verilib – Agentlik

2019-cu ildə əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası tərəfindən 135 işə baxılıb (onlardan 110-u 2019-cu ildə daxil olan, 25-i isə əvvəlki dövrdən qalan işlərdir).

Bu barədə agentlik məlumat yayıb.

52 iş üzrə ərizənin təmin edilməsi, 26 iş üzrə ərizənin qismən təmin edilməsi, 45 iş üzrə, o cümlədən əmtəə nişanına dair 43, ixtiraya dair 1, sənaye nümunəsinə dair 1 ərizənin rədd edilməsi haqqında qərarlar qəbul edilib. 12 ərizə baxılmamış saxlanıb (ərizə geri götürülüb).

Həmçinin bildirilib ki, ötən ildə əsərlərin qeydiyyatı ilə bağlı müəllif hüququna aid 834 və milli əmtəə nişanları üzrə 1114 qeydiyyata alınması ilə Şəhadətnamələr verilib.