XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 17:12

REACT-C19 layihəsi iyunun sonuna qədər davam edəcək – ÜST

“REACT-C19 layihəsi artıq başlayıb. Türkiyədən gələn 19 azərbaycanlı həkim artıq bölgələrə yola düşməyə hazırlaşır”. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının virtual mətbuat konfransında ÜST-ün mütəxəssisi Elturan İsmayılov bildirib.

Onun sözlərinə görə, həmin həkimlər getdikləri xəstəxanalardakı vəziyyəti qiymətləndirəcək və boşluqları deyəcəklər, eyni zamanda, ixtisasları üzrə təlim keçəcəklər: “Layihə iyunun sonuna qədər davam edəcək və 16 xəstəxananı əhatə edəcək. Əksər bölgələrə gedilməsi planlaşdırılır. Növbəti mərhələdə, mayın 4-dən 12-nə qədər həkimlər Gəncə, Goranboy, Şəmkir, Ağdaşda olacaqlar. Bir-birinə yYaxın rayonlar seçilib ki, rahat koordinasiya olsun. Həkimlər oada 2 həftə olacaqlar. Bu müddətdə nə problem varsa aşkarlanacaq, necə dəstək olmaq olarsa tövsiyələr veriləcək, treninqlər keçiriləcək”.  (apa)