XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 17:23

“Xəstəxanaların qazlaşdırılması ümumi prosedurlara uyğun aparıla bilər” – “Azəriqaz”

“Xəstəxanaların qazlaşdırılması da digər müəssisə və təşkilatlar kimi ümumi prosedurlara uyğun olaraq həyata keçirilə bilər”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qənirə Paşayevanın fikirlərinə münasibət bildirərkən deyib.

Səfərovun sözlərinə görə, “Azəriqaz”la Səhiyyə Nazirliyi arasında hər hansı problem yaşanmır: “Prosedurlara uyğun olaraq, qazlaşdırılma işləri aparmaq üçün “Asan Xidmət” və “Asan Kommunal”dan əvvəlcədən texniki şərt alınır. Texniki şərtin alınması tam ödənişsizdir və 20 iş gün ərzində verilir. Texniki şərt verildikdən sonra isə xəstəxana qazla təmin oluna bilər. Qeyd edim ki, iki dövlət qurumu arasında heç bir problem yaşanmır. Ümumi prosedurlar var ki, xəstəxanalar da bu prosedurlara uyğun olaraq qazlaşdırıla bilər”, – deyə C. Səfərov qeyd edib.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin (2019-cu il) müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, Tovuzda bir sıra kəndlərdə xəstəxanalara qaz verilmir, baxmayaraq ki, kəndlərdə qaz var. Millət vəkili bunun Səhiyyə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasındakı problemlərdən qaynaqlandığını deyib. (apa)