XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 18:59

“ABŞ-ın maliyyə dəstəyini dayandırması ilə bağlı fikrini dəyişməsi çox vacibdir” – ÜST

“Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 194 üzv ölkə var. Hər ölkədə də əhali sayına və gəlirlərə uyğun illik ödəniş edilir. ABŞ, Almaniya, Norveç, xüsusilə Qərbi Avropa ölkələri bəzi layihələr üçün ekstra pul verirlər”.

Bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı ABŞ-ın təşkilata maliyyə dəstəyini dayandırmasına münasibət bildirib. 

O bildirib ki, ABŞ-ın ÜST-ə maliyyə dəstəyini dayandırmasının Azərbaycan nümayəndəliyinə təsiri olmayıb.

“Cenevrədəki mərkəzi ofisimizdən əldə etdiyimiz məlumata görə, ABŞ-ın maliyyə dəstəyini dayandırmasının ÜST-ə necə təsir edəcəyi müzakirə olunur. ABŞ-ın bu məsələ ilə bağlı fikrini dəyişməsi ÜST-ün maliyyələşməsi baxımından çox vacibdir”, – deyə H. Harmancı qeyd edib. 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp ÜST-ə maliyyə dəstəyini dayandırdığını açıqlayıb. (apa)