XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 21:12

“Vətəndaşlığa xitam verilməsi üçün konsul xidmətinə görə 400 dollar rüsum çox yüksəkdir” –Deputat

“Vətəndaşlığa xitam verilməsi üçün konsul xidmətinə görə 400 dollar rüsum müəyyənləşməsi çox yüksəkdir”.

Bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Qüdrət Həsənquliyev bildirib.

Həsənquliyev deyib ki, bu məsələyə yenidən baxmaq lazımdır : “Ölkədən gedən insanı küsdürmək lazım deyil”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili növbəti oxunuşlarda təklifə baxılacağını bildirib. (apa)