XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Aprel 2020 - 21:34

Səhiyyə nazirinin müavini:"İctimai nəqliyyatda çox böyük sıxlıq olur"

“İctimai nəqliyyatda çox böyük sıxlıq olur, koronavirus da hava-damcı yolu ilə yayılan infeksiyadır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. O deyib ki, ona görə yerüstü nəqliyyata daha çox üstünlük verilir: “Yəqin ki, metronun da açılışı məsələsinə baxılacaq”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı təlimatlar hazırdır, bütün müvafiq təşkilatlara veriləcək: “Tibbi qaydalara əməl edilməlidir. Bu təlimatlar da sərnişin sıxlığının aradan qaldırılmasına səbəb olacaq”. (apa)