XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 21:56

“Test yoxlamalarının nəticəsi ilə bağlı hər hansı problem yoxdur” – TƏBİB

“Test nəticəsi pozitiv çıxan şəxs müvafiq müalicə üçün xəstəxanaya aparılır, ailə üzvləri ev şəraitində karantində saxlanılırlar”. 

Bunu bu gün karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda bütün bölmələrdə elektron baza təşkil edilib və test yoxlamalarının nəticəsi ilə bağlı hər hansı problem yoxdur: “Operativ Qərargahın qərarı sadəcə verilmiş bir qərar deyil. Ölkə rəhbərliyinin diqqət və qayğısı, komanda şəklində hökumətin birgə verdiyi qərardır və elmi-statistik göstəricilərə əsaslanır. Bu gün müsbət notlara köklənmişik. Bu tendensiyanın davam etməsi üçün vətəndaşlarımız təlimat  və davranış qaydalarına riayət etməlidirlər. Vətəndaşlarımız koronavirus.az saytını izləməli, KİV bu məsələdə bizə yardımçı olmalıdır”. (apa)