XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 05:35

Tramp kiçik biznes və xəstəxanalara yardım paketi haqda qanunu imzaladı –484 milyard dollar

ABŞ Prezidenti Donald Tramp cümə günü kiçik bizneslərə və xəstəxanalara dəstək vermək üçün təsdiq olunmuş 484 milyard dollarlıq yardım paketi haqqında qanunu imzalayıb.

Maliyyə naziri böyük şirkətlərin bu yardım paketindən vəsait əldə etmələrinin qarşısını almaq üçün nəzarət edəcəyini vəd etdib.

Eyni zamanda Tramp Ağ evdə çıxışı zamanı “Amazon” və digər şirkətlərin aktiv şəkildə istifadə etdiyi “Amerika Birləşmiş Ştatları Poçt Xidməti” qiymətlərini artırmadığı təqdirdə, onlara hər hansı dəstəyin olmayacağını söyləyib.

Son iki ayda təsdiq olunan dördüncü yardım paketi COVID-19 səbəbiylə Amerikada bizneslərin dayandırlması nəticəsində maddi ziyanla üzləşən on milyonlarla amerikalını kritiki yardımla təmin edəcək.

Karantin başlayandan bəri, 26 milyondan çox amerikalı işsizlik müavinətı üçün müraciət edib.

Əmək Departamenti cümə axşamı xəbər verib ki, keçən həftə 4.4 milyon insan işsizlik müavinəti üçün müraciət edib.

Qanun layihəsi Nümayəndələr Palatasında 388-5 səs fərqi ilə qəbul olunub.

Tramp və vitse-prezident Mayk Pens cümə axşamı Ağ Evdə koronavirusla bağlı mətbuat konfransı keçirib.

“Biz yeni virusa qarşı vaksin inkişaf etdirməyə çox yaxınıq”, – Tramp deyib və əlavə edib: “Təəssüf ki, biz hələ onu testdən keçirməyə yaxın deyilik.”

Alimlər deyir ki, əgər mümkün vaksinlər üzərində aparılan ilkin tədqiqat yaxşı nəticə versə, onlar 12-18 ay sonra kilinki sınaqlardan keçməyə hazır olacaq.

Amerikaninsesi.org