XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2016 - 14:10

Həbsdəki generalın ailəsi prezidentə əfv üçün müraciət etdi –MƏTN

zakirnesirov-1

Ömürlük həbsə məhkum olunmuş, hazırda Qobustan Qapalı Həbsxanasında saxlanılan general-mayor Zakir Nəsirovun həyat yoldaşı prezident İlham Əliyevə müraciət edib.

Strateq.az musavat.com-a istinadən xəbər verir ki, Zakir Nəsirovun ailəsi prezidentdən onun əfv olunmasını xahiş edir. 

"Möhtərəm cənab prezident!

Bizim ailəmiz 11-ci ildir ki,  səbirsizliklə Zakir Nəsirov barəsində çıxarılmış qanunsuz məhkəmə qərarlarının ləğv olunacağını, onun bəraət alacağını gözləyir və inanırıq ki, ümummilli liderimiz Heydər Əliyev cənablarının təbiri ilə desək ədalət zəfər çalacaq. Zakir Nəsirov da, onun ailəsi də həmişə Azərbaycan dövlətinə, dövlətçiliyə, möhtərəm Prezidentimiz Sizə sadiq olmuşuq, Sizə olan inamımızı bir gün də olsun itirməmişik və itirmirik. Dövlətimizin rifahı üçün Sizin gördüyünüz işləri daim dəstəkləmişik,  uğurlarınıza sevinmişik. İnanırıq ki, bizim səsimizi eşidəcəksiniz, Zakir Nəsirovun işinə yenidən ədalətlə baxılması üçün göstəriş verəcəksiniz. Amma bilirik ki, işə yenidən baxılması bir qədər mürəkkəb və uzun çəkən prosesdir. Zakir Nəsirov artıq 11-ci ildir ki, etmədiyi cinayətlərə görə həbsdədir. Onun yaşı 70-ə yaxınlaşır, səhhətində problemlər var. Sizə onun üçün müraciət edirik ki, bildiyimizə görə Novruz bayramı ərəfəsində Sizin tərəfinizdən növbəti əfv fərmanı veriləcəyi gözlənilir. Ümidvarıq ki,  Sizin hümanistliyiniz sayəsində Zakir Nəsirov da əfv ediləcək, azadlığa, ailəsinə qovuşacaq”.