XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 20:00

Tankəleyhinə bölmələr döyüş atışlı məşqlər keçirir –VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda tankəleyhinə bölmələr ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirirlər.

Tankəleyhinə bölmələr həmçinin şərti düşmənin zirehli texnikasını təqlid edən hədəflərə döyüş atışları icra edir.