XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 17:59

“İctimai nəqliyyat çevik şəkildə karantin şərtlərinə uyğunlaşdırıldı” – Deputat

Koronavirusun yayılması ilə əlaqədar paytaxtda xüsusi nəzarət altında fəaliyyət göstərən sektorlardan biri də ictimai nəqliyyat sektoru oldu.

Əhalinin sıx hərəkət etməsini və qapalı şəraiti nəzərə alaraq metronun fəaliyyətini dayandırması sərnişindaşımada əsas məsluliyyəti Bakı Nəqliyyat Agentliyinin (BNA) üzərinə çəkdi. Agentlik tərəfindən pandemiya dövründə təhlükəsiz və operativ sərnişindaşıma istiqamətində atılan əsas addımlara misal olaraq müntəzəm marşrutlarla paralel ekspress avtobus xətlərinin istifadəyə verilməsini, avtobusların dezinfeksiya edilməsini, avtobuslarda sosial məsafə qaydalarına nəzarət edilməsini, iri tutumlu və daha çox sayda avtobusların xətlərə buraxılmasını göstərmək olar.

Bu kimi tədbirlər nə dərəcədə yerində həyata keçirildi və ümumi vəziyyətə hansı təsiri göstərdi?

Mövzu ilə bağlı açıqlama verən Mill Məclisin deputatı Vüqar Bayramlı bildirib ki, agentlik tərəfinən yaradılan nəqliyyat infrastrukturu hərəkəti mərhələli tənzimləməyə imkan verdi:

“Pandemiyanın təsirlərinin minimumlaşdırılması üçün karantin və ya sosial təcrid tədbirlərinin tətbiq edilməsi paytaxtda nəqliyyatın hərəkətinə də birbaşa təsir göstərdi. Nəticədə mərhələli şəkildə Bakıda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını müşahidə etdik. BNA praktiki olaraq pandemiyanın təsirlərini minimumlaşdırmağa hazır idi və nəqliyyat sisteminin fəaliyyəti də göstərir ki, pandemiyanın yayılmasının qarşısının alınmasında mərhələli şəkildə ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi həyata keçirilir. Bu, həm də birbaşa olaraq agentlik tərəfindən son illər paytaxtda nəqliyyat infrastrukturunun inkişafının həyata keçirilməsi ilə bağlıdır. Nəqliyyat infrastruktrunun genişlənməsi və elektronlaşma imkan verdi ki, agentlik vəziyyətə onlayn nəzarət və müdaxilə edə bilsin”.

Deputat karantin dövründə agentliyin fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib:

“Oxşar praktika Avropanın aparıcı şəhərlərində də müşahidə olunurdu. Orda da karantinin ən çox təsir etdiyi sahələrdən bir nəqliyyat sektoru idi. Həmin şəhərlərdə olduğu kimi Bakıda da BNA tərəfindən nəzarətin gücləndirilməsinin şahidi olduq. Agentlik məhdudlaşdırılmış şəkildə belə olsa nəqliyyatın fəaliyyətini davam etdirməsinə çalışdı. Digər tərəfdən hərəkətin tənzimənməsi istiqamətində həyata keçirilən tədbirlər koronavirusun yayılmasının qarşısının alınması baxımından da çox vacib idi. Nəticədə mövcud infrasrukturdan istifadə etməklə karantin dövründə məhdudlaşmış nəqliyat fəaliyyətini həyata keçirmək mümkün oldu. Odur ki, BNA-nın bu konteksdən fəaliyyətini müsbət qiymətləndirmək lazımdır. Çünki karantin dövrünün şərtlərinə uyğun olaraq biz çevik şəkildə nəqliyyat xidmətlərinin yeni şərtlərə uyğunlaşmasını müşahidə edə bildik”. (Report)