XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 20:12

“300 uşaq onlayn müsahibəyə cəlb olunacaq” –Nazir müavini

“İlkin mərhələdə tədris digər dillərdə olan məktəbəhazırlıq qruplarına qəbul üçün ölkə üzrə 300 uşağın onlayn müsahibə mərhələsinə cəlb olunması planlaşdırılır”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bunun nəticəsində texniki imkanlar müəyyənəlşdiriləcək, həm də onlayn müsahibənin uşaqların psixologiyasına necə təsir göstərməsi təcrübəsi öyrəniləcək: “Əgər bu, müsbət effekt verəcəksə, o zaman biz 8 000 uşağı da onlayn sistemlə müsahibədən keçirəcəyik”.

Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına uşaqlar müsahibəsiz qəbul olunur. (report)