XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 21:43

Azərbaycandan tibbi maska və steril əlcəklərin aparılmasına qoyulan qadağa daha 2 ay uzadılıb –Nazirlər Kabineti

Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılmasına dair müddət daha 2 ay uzadılıb.

Nazirlər Kabineti bununla bağlı “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bu müddət mayın 1-dən  iyulun 1-dək uzadılıb.