XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2020 - 10:38

“İLNA” agentliyinin əməkdaşı həbs olunub –Təhqirə görə

İranda növbəti jurnalist həbsi baş verib.

Strateq.az “Tvitter”-ə istinadla xəbər verir ki, bu dəfə saxlanılan şəxs “İLNA” informasiya agentliyinin əməkdaşı Həmid Həqqcudur.

Məlumatı Tehran Prokurorluğu da təsdiqləyib.

Agentliyin əməkdaşı “Telegram” kanalında bir karikatura yerləşdirib və koronavirusa həsr olunmuş rəsmdə ölkənin ali dini liderinin təsviri verilib.

Xatırladaq ki, İranda ali dini liderin istənilən tənqidi qanunla qadağandır.