XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 11:34

Koronavirusa ən həssas qan qrupu hansıdır? –Araşdırma

COVID-19-a ən həssas qan qrupu açıqlanıb.

Strateq.az “MK”-ya istinadla xəbər verir ki, bu, 2-ci qan qrupudur.

Federasiya Şurasının Sosial Siyasət Komitəsinin üzvü, uşaq cərrahı, Rusiya Federasiyasının əməkdar həkimi Vladimir Kruqlı bildirib ki, araşdırmalara görə, ikinci qan qrupu olan insanlar daha çox yeni koronavirusa yoluxma riski altındadır.

Kruqlının sözlərinə görə, Çin Xalq Respublikasında koronavirus infeksiyasının tezliyi və daha şiddətli gedişatının bu qan qrupu ilə əlaqəli olub-olmaması mövzusunda araşdırmalar aparılıb.

“Bir neçə araşdırma nəticəsində, ikinci qan qrupu olan insanlarda koronavirus infeksiyasına yoluxma riskinin daha yüksək olduğu ortaya çıxıb”, – deyə həkim detalları paylaşıb.

Vladimir Kruqlı COVID-19-dan ölənlər arasında ikinci qan qrupu olanların da çox olduğunu, onların payının təxminən 40% təşkil etdiyini bildirib.

Bununla yanaşı, Federasiya Şurasının üzvü qeyd edib ki, bu məsələ ilə bağlı digər ölkələrdən hələ də məlumat daxil olmayıb.