XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 18:27

Rusiyanın Energetika naziri:"Bu ilin II yarısında neft qiymətlərinin artımı daha nəzərə çarpan olacaq"

“Bu ilin ikinci yarısında bazarda tarazlaşma və neft qiymətlərinin artımı daha nəzərə çarpan olacaq”.

Bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

O, bu ilin may ayından bazarın tədricən tarazlaşacağını gözləyir.

A. Novak onu da qeyd edib ki, digər ölkələr, söz verildiyi kimi, “OPEC+” ( Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) qoşulsalar, qlobal gündəlik neft hasilatının azalması 15-20 mln. barelə çata bilər.

Bununla yanaşı, Energetika naziri, bazarda böyük həcmdə əmtəəlik neft olduğu üçün qiymətlərin böhrandan əvvəlki səviyyəyə qədər sürətlə artmasını gözləməməyə çağırıb.

Qeyd edilir ki, “OPEC+” ölkələrində iri neft şirkətləri hökumət tərəfindən olunan hasilat azalmalarından kənar qalırdı.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında “OPEC+” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır/APA.