XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 20:22

“Pandemiya ilə mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndiririk”- ÜST Azərbaycan Prezidentinə təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

Trend-in məlumatına görə, Baş direktor bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb.

ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. “Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, – deyə Tedros Adhanom Qebreyesus bildirib.