XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2016 - 15:57

“O təpələri qurub, ölüm riski yaradanları həbs etmək lazımdır…” –Ekspertdən icra başçısına ittihamlar

xaleddin

Bir neçə ilə əvvəl Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun Bakı-Sumqayıt magistral yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində qurduğu təpələr dağıdılır.

Strateq.az xəbər verir ki, ərazidə qəza şəraiti və sürüşmə yaratdığından belə qərar verilib. Milyonlarla manat hesabına qurulan bu təpələrin dağıdılmasına və yollun əvvəlki vəziyyətinə qaytarılmasına isə tanınmış ekspertlərdən maraqlı reaksiyalar gəlir.

Strateq.az xəbər verir ki, tanınmış ekspert Ərşad Hüseynov da  Facebook-dakı səhifəsində icra başçısı Xaləddin İsgəndərov və onun milyonlarla xərc çəkilən təpələrinə sərt reaksiya verib: 

"Bakı-Sumqayıt yolunun kənarındakı təpəciklərin bəzilərini sökürlər. Əslində, onların hamısını təcili sökmək lazımdır: yol hərəkəti təhlükəsizliyindən anlayışı olanlar "niyə?"sini yaxşı bilirlər.

Bu təpəcikləri tikəndə (təxminən 3-4 il əvvəl) əsaslandıraraq yazmışdım ki, onların tikintisini dərhal dayandırmaq, tikilənləri təcili sökmək, bunu edənləri isə külli miqdarda dövlət vəsaitini ölüm riskinə xərclədiklərinə görə həbs etmək lazımdır…".