XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 16:56

“YAP-ın qocaman qurucularıyla danışdım” –Sadiq Qurbanov

YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hakim partiyanın qurulmasında və nəticədə Heydər Əliyevin hakimiyyətə gəlməsində mühüm rol oynamış “91-lər”lə bağlı maraqlı paylaşım edib.

“AzPolitika” xəbər verir ki, S.Qurbanov “feysbuk” paylaşımında xəbər verib ki, “91-lər”in bir neçəsilə telefon və videobağlantı formasında əlaqə saxlayıb:

“Dəyərli dostlar! Əziz əqidə yoldaşlarım!

Bu gün mövcud vəziyyətlə əlaqədar “EVDƏ QAL”an partiyamızın qocaman qurucularından olan “91-lər”dən Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Şahlar Əsgərov, 84 yaşı bu gün tamam olan Əsədulla Qurbanov, İsgəndər Quliyevlə, eyni zamanda Ağabəy Əsgərov, Vüqar Rəhimzadə, Munis Bayramovla telefon və video görüntü ilə əlaqə saxladım və keçmiş xatirələri yada saldıq. Heç təsadüfi deyil ki, “91-lər”i ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının “Qızıl Fondu” adlandırmışdı. Düşünürəm ki, biz sıravi partiya üzvləri də onları hər zaman yada salmalı və xatırlamalıyıq”.

“91-lər”dən biri, professor Əjdər İsmayılov S.Qurbanovun paylaşımına belə reaksiya verib:  “Hörmətli Sadiq müəllim, böyüyə hörmət, dəyərə qiymət vermək, silahdaşa sadiq qalmaq təbii ki, xidmət etdiyin amala sadiq qalmaq və təmənnasız bağlılıqdan irəli gəlməklə yanaşı insanın zatı, ailə tərbiyəsilə çox bağlıdır. Bəli, biz bu yola başlayarkən siz gənc bir vətənpərvər tələbə idiniz. Bu gün yaş üstünə yaş gəlməklə daha da püxtələşmiş və müdrikləşməniz göz önündə. Bu günləri YAP-ın qızıl fondu olan “91-lər”i, dövlətin qurucularını, ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarını xatırlamanız, bu şərəfli ideyaya bir daha adınız kimi Sadiq olduğunuzun göstəricisidir. Məhz sizin Milli Məclisə, millətin vəkili seçilmənizə çox sevindiyim və məndə ümidlərin doğduğu haqqında qeyd etmişdim. Sevindim və ümid etdim ona görə ki, məhz sizin və sizin kimi Heydər Əliyev yoluna sadiq insanların Prezidentimizin ətrafında olması Vətənimizin və qurduğumuz partiyanın uğurlu inkişafına aparar”.