XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 12:56

Baş nazir və hökumətin daha üç üzvü koronavirusa yoluxdu –Afrika ölkəsində

Afrika ölkəsi Qvineya-Bisauda Nazirlər Kabinetinin rəhbəri və digər üç üzvü koronavirusa yoluxub.

“Anadolu” xəbər verir ki, bunlar baş nazir Nuno Qomes Nabiam, daxili işlər naziri Botçe Kande, ictimai asayiş məsələləri üzrə dövlət katibi Mario Fambe və regional inteqrasiya məsələləri üzrə dövlət katibi Monika Buayrodur.

Qeyd edək ki, Qvineya-Bisauda aktiv koronavirus xəstələrinin sayı 185 nəfərdir. Ölkədə ilk ölüm faktı aprelin 26-da qeydə alınıb/Report.