Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün daha bir sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.
Eyni zamanda, Səhiyyə Nazirliyində 3 ştat vahidindən ibarət Sanitar epidemioloji nəzarət sektoru yaradılıb.
Ali Məclis sədrinin digər sərəncamı ilə Zeynəb Natiq qızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini təyin olunub.