XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 21:31

NASA: Dünyanın bir çox yeri su altında qalacaq

Amerikanın Milli Havaçılıq və Kosmos Dairəsinin (NASA) son araşdırmaları Qərbi Antarktikadakı 'Larsen B' buz kütləsindən geriyə qalan son hissənin 2020-ci ilə qədər yox olacağını ortaya qoydu.

Qeyd edək ki, buz kütləsi qurudakı buz təbəqəsinin okeana uzanan hissəsi deməkdir.

Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, NASA-nın araşdırmalarının nəticələri bir zamanların ən möhkəm buz kütləsi hesab olunan bu buzlaq parçasının qarşıdakı 10 il sona çatmadan yox olacağını göstəririr.Buz kütləsinin əriyərək yox olması dəniz səviyyəsinin sürətli yüksəlməsi nəticəsində buzlaqların su altında qalması mənasını daşıyır. Avropa Kosmos Agentliyinin 2002 (solda) və 2012 illəri müqayisə edən peyk görüntüləri də sözü gedən buz kütləsinin sürətlə əridiyindən xəbər verir.

NASA yetkilisi Ala Khazendar rəhbərliyindəki təcrübəli qrup buz kütləsi ətrafında axıntının sürətləndiyini və buz təbəqəsinin parçalandığını təsdiqləyir. Su axıntıları nəhəng buz kütləsinin üzərində böyük çatlar meydana gətirib.

“Larsen B” ilk dəfə 2002-ci ildə meydana gələn böyük qopmayla gündəmə gələn 10 min yaşlı buz kütləsidir. Qopma nəticəsində ana kütlədən ayrılan parça 6 həftə kimi qısa bir müddətdə yox olaraq elm insanlarının böyük marağına səbəb olmuşdu. Bu hadisədən sonra Antarktika öz orta istiliyinin xeyli üzərində “isti yay” fəsli yaşamışdı.