XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 16:55

İcra başçısından sensasion cəza –"Feysbuk"da onu tənqid edənlərin saçını keçəl qırxdırır

eziz-celilabad

Cəlilabad rayonunun icra başçısı Əziz Əzizovun onu tənqid edənləri cəzalandırma üsulu hər kəsi şoka salıb.

Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısı onun haqqında Facebook-da status yazan gəncləri yanına çağırtdırıb, onları dinləyir. Sonra isə onların keçəl edilməsi əmrini verir. Qeyd olunur ki, daha sonra həmin gənclərin ona problem yaratmaması üçün 15-20 günlük müddətə həbs etdirir ki, gəncin başına tük gəlsin.  

Strateq.az xəbər verir ki, bu olayla bağlı modern.az əslən cəlilabadlı jurnalistlərdən münasibət öyrənib.  

“Azadinforum” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev hadisə barədə xəbər eşitməsə də, icra başçısının bu hərəkətinin yolverilməz olduğunu bildirib:  

“Azərbaycan demokratik ölkədir və burada hər bir şəxsin məmur haqqında söz demək hüququ var. Konkret Cəlilabad rayonunun icra başçısının gənclərə bu cür rəftarına rast gəlməmişəm. Ola bilsin var, belədirsə, bu ciddi qınanılası haldır, düzgün addım deyil".

Cəlilabaddan olan digər jurnalist report.az İnformasiya Agentliyinin redaktoru Pərvin Abbasov da bu haqda məlumatsız olduğunu bildirib.