XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 21:44

“Hazırda aktiv xəstə sayı 455 nəfərdir” –TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı + CƏDVƏL

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 30-na olan statistik göstəriciləri açıqlayıb.

Strateq.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edildiyi bildirilib.

Bidlrilib ki, ölkə ərazisində indiyə qədər 143 079 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 58 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 804 yoluxma aşkarlanıb. Onlardan 1 325-i sağalıb, 24-ü ölüb. Hazırda aktiv xəstə sayı 455-dir.