“Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejiminin müddəti 31 maya qədər uzadılıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, xəstələrin sağalması dinamikası nəzərə alınaraq, yumşaldılma ilə bağlı qərar qəbul edilib: “Məhdudiyyətlərin yumşaldılması zamanı zona üzrə epidemioloji vəziyyətə uyğun qərar qəbul edilib”. (apa)