XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 18:03

Sağalmış şəxslərin plazmasının ağır xəstələrə tətbiqinə başlanılıb –TƏBİB

“Dünyada 3 milyondan çox insan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 234 mindən çox insan isə xəstəlikdən vəfat edib”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu, problemin hansı sürətlə davam etdiyinin gostəricisidir: “Dünyadakı prosesləri izləyirik. Ölkəmizdə diaqnostik müayinələr bütün bölgələrdə davam etdirilir. Bu həftə Sumqayıtda avtomatlaşdırılmış laboratoriya quraşdırılıb. Bütün böyük şəhərlər avtomalaşdırılmış laboratoriyalarla təchiz olunub”.

Bayramlı qeyd edib ki, əldə edilən əsas meyar erkən müalicəyə cəlb olunmaqdır: “Bütün diaqnostik imkanlarımız var. Müalicələrə vaxtında başlanılır və süni nəfəs cihazına qoşulmanın qarşısı alınır. Sağalmış şəxslərin plazmasının əldə olunmasına və ağır xəstələrə tətbiqinə başlanılıb. Xüsusi proqramla artıq donorların müayinəsi aparılır. Sabahdan ilkin donorlardan plazmalar alınıb pasportlaşdırılacaq və ağır xəstələrə tətbiq olunacaq”. (apa)