XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2020 - 21:03

“Postlarda sürücülərin davranışı avtobusları ləngidir” – BNA

“Yoxlama postu vətəndaşın hərəkət sərbəstliyinin olub-olmamasını yoxlamaq üçündür. Vətəndaş da bunu təsdiq edən sənədləri təqdim etmək üçün vaxtında hazırlamalıdır. Yaxşı olar ki, sürücülər postlara yaxınlaşmazdan öncə icazə sənədlərini təqdim etmək üçün hazır vəziyyətə gətirsinlər”.

Bunu “ATV Qərargah” verilişində Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Bu gün avtobusların intervalını gecikdirən əsas səbəblərdən biri həmin postlarda yaranmış sıxlıqdır. Gündüz saatlarında rahatlıq olur. Elə çox sərnişin axını olmur. Əsasən səhər və axşam saatlarında sərnişin axını yüksək olur. Həmin vaxtda da postların ətrafında sürücülərin davranışından irəli gələn məsələlər problem yaradır. İntervalı gecikdirən digər məsələlərdən biri isə dayanma-durma qaydalarının pozulması idi. Bununla bağlı mübarizəyə yenidən başlamışıq. Düşünürəm ki, bu hal yavaş-yavaş aradan qalxacaq”, – M.Ağayev bildirib. (report)