XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 20:43

“Xaricdən gələn bütün vətəndaşlarımız karantində saxlanılacaq” – TƏBİB sədri

“Xüsusi karantin rejimi sərhədlərimizdə də davam etdirilib. İndiyə qədər 11 minə yaxın vətəndaşımız hava nəqliyyatı ilə ölkəyə daxil olub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, portal vasitəsi ilə gündəlik 300-500 vətəndaşımızı qəbul edə biləcəyik: “Xaricdən gələn bütün vətəndaşlarımız karantində saxlanılacaq. 14 günlük karantin rejiminə əməl etmədən vətəndaşlarımızı ölkə ərazisinə buraxa bilmərik. 14 günlük müayinə nəticəsində pozitiv hallar aşkar edilənlər xəstəxanalara, testi neqativ çıxanlar evlərinə göndəriləcək”.  (apa)