XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2020 - 11:02

Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi- Prezident fərman imzaladı

Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.

“Report” xəbər verir ki, ölkə prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, 56 yaşlı D.Nazarbayeva keçmiş prezident Nursultan Nazarbayevin qızıdır. O 2016-cı ildən Senatın sədri idi. D.Nazarbayeva bundan öncə baş nazirin müavini vəzifəsində də çalışıb.