XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 17:55

Milli Məclisin sədri Oqtay Əsədov sabah Türkiyəyə gedir:Ərdoğan və Davutoğlu ilə görüşəcək

 

oqtay

 

Martın 10-11-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olacaq.

Strateq.az bildirir ki, bu barədə Milli Məclisin mətbuat xidməti açıqlama yayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Şəmsəddin Hacıyev, Ağalar Vəliyev, Malik Həsənov, Çingiz Qənizadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti ilə yaxından maraqlanacaqlar.

Burada Milli Məclis Sədrinin Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahramanla görüşü nəzərdə tutulmuşdur. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, hər iki parlamentdə fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin daha da dərinləşməsi barədə söhbətlər aparılacaq.

Rəsmi səfər zamanı Milli Məclis Sədrinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, ölkənin Baş naziri Əhməd Davudoğlu ilə görüşləri də gözlənilir. Bu görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, regionda vəziyyət, bölgədəki münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaqdır.