XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 03:15

Lukaşenko 9 May paradını təxirə salmadı:"Minlərlə insan keçirilməsini istəyir"

Belarus prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyası ilə əlaqədar olaraq Minskdə müharibənin bitməsinin 75 illiyi münasibətilə hərbi paradı ləğv edə bilməyəcəyini deyib.

Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, A.Lukaşenko “minlərlə insanın təntənələrin baş tutmasını” istədiklərini bildirib.

Lukaşenkonun sözlərinə görə, o, “bu məsələ üzərində çox fikirləşib”, lakin müharibə veteranları “ilk olaraq özləri bu tədbirə gətirilmələrini tələb ediblər”.

Belarus lideri qeyd edib ki, o, müharibə veteranlarının hökumətin pandemiyadan qorxduğunu fikirləşmələrini istəmir.

Bundan öncə, Belarusun 7 mindən çox vətəndaşı koronavirus epidemiyası təhlükəsi ilə əlaqədar 9 May paradının ləğv edilməsi haqda müraciət imzalayıb. Müdafiə Nazirliyi buna cavab olaraq epidemioloji vəziyyətin tədbirin keçirilməsi üçün müvafiq olduğunu və bunun ordunun hərbi hazırlığının bir hissəsi olduğuna görə təxirə salına bilməyəcəyini bildirib.

Belarus hökumətinin açıqladığı rəsmi rəqəmlərə görə, ölkədə koronavirusa 15828 yoluxma halı qeydə alınıb.

Ölkədə pandemiyanın başlamasından bəri 97 nəfər həyatını itirib. Son günlər xəstələnlərin sayı hər gün 800-900 nəfər artır.

Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə Belarusu sərt karantin tədbirləri tətbiq etməyə çağırıb.