XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 18:37

Prezident yanında Təhsil Komissiyası ləğv edildi-SƏRƏNCAM

ilham irib

 

Dövlət başçısı  İlham Əliyev Prezidenti yanında Təhsil üzrə Komissiyanın ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamı ləğv edilsin.

Prezidentin digər sərəncamı ilə Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 fevral tarixli 1306 nömrəli Sərəncamının ləğv edilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın aşağıdakı yeni tərkibi aşağıdakı vəzifəli şəxslərdən ibarət idi:

 Komissiyanın sədri

Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Elçin Əfəndiyev

-Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli-zadə

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Mikayıl Cabbarov

Azərbaycan Respublikasının təhsil naziri

Fikrət Məmmədov

Azərbaycan Respublikasının ədliyyə naziri

Şahin Mustafayev

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri[1]

Samir Şərifov

Azərbaycan Respublikasının maliyyə naziri

Azad Rəhimov

Azərbaycan Respublikasının gənclər və idman naziri

Məleykə Abbaszadə

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri