XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 17:06

BMT BA-nın Prezidenti pandemiya şəraitində atəşkəsə əməl edilməsinə çağırıb

“Heç bir ölkə koronavirus pandemiyası təhlükəsinin öhdəsindən təkbaşına gələ bilməz”.

Bunu BMT Baş Assambleyasının (BA) prezidenti Ticani Məhəmməd-Bande Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin “COVID-ə qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfrans zamanı deyib.

“Daha güclü və daha sabit sistem yaratmalıyıq. Ölkələrin borcları böyüyür. Hələ bu problemi həll etməmişik. Hələ problemin ortasındayıq”, – o bildirib.

O, mövcud şəraitdə davam edən silahlı qarşıdurmalara son qoyulmasına və atəşkəs rejiminə əməl edilməsinə çağırıb.

“BMT olaraq Qoşulmama Hərəkatı üzvlərinin pandemiya ilə mübarizə üçün çox vacib addımlar atdığını elan edirik. Birlikdə çalışmalı və insanların gözləntilərini qarşılamalıyıq. İnsanların minimum itki ilə qida ilə tam təmin edilməsini də təmin etməliyik”, – Ticani Məhəmməd-Bande söyləyib.

O həmçinin bu videokonfransın təşkilinə görə Azərbaycan Prezidentinə, eləcə də pandemiya ilə mübarizə aparanların hamısına təşəkkürünü bildirib. (report)