XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 17:29

Afrika İttifaqı Komissiyasının sədri:“COVID-19 kollektiv tədbirlərin görülməsini tələb edir”

“Biz “Bandunq prinsipləri”ndə olduğu kimi, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında dostluğun, həmrəyliyin öz təzahürünü tapması üçün əlimizdən gələni etmişik”.

Bunu Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.

“COVID-19 pandemiyası bizim hamımızdan kollektiv tədbirlərin görülməsini tələb edir. Biz hamımız səfərbər olmasaq, COVID-19-a qalib gələ bilmərik”, – deyə Afrika İttifaqı Komissiyasının sədri vurğulayıb.

COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətini təqdir edən Musa Faki Mahamat qeyd edib ki, Afrika İttifaqı Komissiyasında pandemiyanın qarşısını almaq üçün səhiyyə və sosial–iqtisadi sütunları əhatə edən plan tərtib olunub: “Düşünürük ki, bu plan həyata keçirilsə, Afrika qitəsində vəziyyət düzələ bilər”.

Musa Faki Mahamat Afrika İttifaqı Komissiyasının beynəlxalq əməkdaşlığa hazır olduğunu da bəyan edib. (apa)